Flik “Atletiko” ilə cavab oyunu barədə: “Bizə möcüzə lazım deyil”

12 Aprel 2026 08:12
442
Flik “Atletiko” ilə cavab oyunu barədə: “Bizə möcüzə lazım deyil”

“Blauqrana”nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının dörddəbir finalının cavab oyunu olan “Barselona” və “Atletiko Madrid” arasında keçiriləcək matç barədə danışıb.

İdman.Biz xəbər verir ki, oyun çərşənbə axşamı, 14 apreldə İspaniyanın Madrid şəhərindəki “Civitas Metropolitano” stadionunda keçiriləcək.

“Bizə möcüzə lazım deyil, sadəcə ən yaxşı futbolumuzu oynamalıyıq. Və biz bunu edə bilərik. Hər şey mümkündür. Vaxtilə 3:1 hesabı ilə uduzmuşduq, amma 4:1 qalib gəlmişik. Bilirəm ki, “Atletiko” fantastik komandadır, amma biz də. Mübarizə aparacağıq və əminəm ki, azarkeşlər bizi dəstəkləyəcək və hazır olacaqlar”, - AS Flikin sözlərini sitat gətirir.

Madrid klubu Çempionlar Liqasının dörddəbir finalının ilk oyununda 2:0 hesabı ilə qalib gəlib.

İdman.Biz