Luçeskunun dostu məşqçinin ölüm səbəbini açıqlayıb

12 Aprel 2026 10:38
206
Luçeskunun dostu məşqçinin ölüm səbəbini açıqlayıb

Mirça Luçeskunun yaxın dostu Ovidiu İoanitsoaia rumıniyalı çalışdırıcının ölümü ilə bağlı təfərrüatları paylaşıb.

İdman.Biz xəbər verir ki, “Gazeta Sporturilor” nəşrinin direktoru iki-iki ay yarım əvvəl onun heç bir problemi olmadığını söyləyib

“Sonra leykoz (qan xərçəngi) üzə çıxdı və hər şeyi mürəkkəbləşdirdi. Əslində, baş verənlərin əsas səbəbi bu idi. Biz diaqnozu gizlətməyə çalışırdıq, bunun şəxsi məsələ olduğunu deyirdik, lakin ölümü sürətləndirən məhz leykoz oldu”.

Dostunun sözlərinə görə, Luçesku üçün futbol hər şey demək idi:

“Əgər onun İstanbula, oyuna getməsinə qadağa qoyulsaydı, yəqin ki, psixoloji cəhətdən daha çox əziyyət çəkərdi. Bu, onun taleyi idi - bütün ömrünü yüksək sürətlə yaşadı və təəssüf ki, eyni sürətlə də getdi. Onun həyatı futbol idi”.

Mərhum məşqçinin dostu İstanbuldakı matçdan bir-iki həftə əvvəl onunla danışdığını deyib:

“Həkimlər ona həqiqəti deməkdən çəkinirdilər, mən vasitəçi oldum. Dedim ki, “Mirça, vəziyyət ciddidir - həkimlər belə deyir”. O isə cavab verdi ki, heç nə etmək mümkün deyil, belə başlayıb, belə də bitirəcək. Bu, onun tərəfindən şüurlu şəkildə qəbul edilmiş bir risk idi”.

İoanitsoaia həmçinin Luçeskunun son sözlərindən birini də xatırlayıb:

“Mənə dedi ki, “yaxşı, sabah çıxaram, evə gedib duş qəbul edərəm, sonra isə gedib kapuçino içərik”.

İdman.Biz