Slot 17 yaşlı hücumçunun PSJ ilə oyunda iştirakına şübhə ilə yanaşır

12 Aprel 2026 11:24
416
Slot 17 yaşlı hücumçunun PSJ ilə oyunda iştirakına şübhə ilə yanaşır

İngiltərənin “Liverpul” futbol komandasının baş məşqçisi Arne Slot gənc hücumçu Rio Nquomanın Çempionlar Liqasının 1/4 finalının cavab oyununda PSJ-yə qarşı oynamaq ehtimalı barədə danışıb.

İdman.Biz xəbər verir ki, 17 yaşlı forvard əsas heyətdəki uğurlu debütünə baxmayaraq, növbəti avrokubok matçında çətin ki, meydanda görünsün.

Nquoma ötən gün Premyer Liqanın 32-ci turu çərçivəsində keçirilən “Fulhem”lə oyunda ilk dəfə start heyətində meydana çıxıb. O, görüşdə hesabı açaraq debütünü qolla qeyd edib. Həmin qarşılaşma “Liverpul”un 2:0 hesablı qələbəsi ilə başa çatıb, komandanın ikinci qolunu isə fasiləyə qədər Məhəmməd Salah vurub.

Klubun mətbuat xidmətinin məlumatına görə, Slot gənc oyunçunun fiziki vəziyyətini ön plana çəkib:

“Ümumilikdə, çərşənbə axşamı keçiriləcək oyunu bir kənara qoysaq, 17 yaşlı oyunçunun altı gün ərzində üç matçda iştirak edəcəyini gözləmək real deyil. Xüsusən də Parisdəki atmosferi nəzərə alsaq, bu, o qədər də inandırıcı görünmür”.

Qeyd edək ki, 32 turdan sonra “Liverpul” İngiltərə çempionatının turnir cədvəlində 5-ci pillədə qərarlaşıb və hazırda Çempionlar Liqası zonasından kənardadır.

İdman.Biz