Vaxtı ikən qısa müddət “Barselona”da çıxış etmiş, hazırda baş məşqçi kimi fəaliyyət göstərən Giliermo Abaskal Ronaldinyo barədə xatirələrini bölüşüb.
İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Giliermo Abaskal “Barselona” - “Sevilya” matçında braziliyalının ilk oyununu izlədiyini və 35 metrdən vurduğu qoldan heyrətə gəldiyini bildirib.
“Barselona” - “Sevilya” matçını xatırlayıram, bu, Ronaldinyonun ilk oyunu idi. O, 35 metrdən qol vurdu - mən stadionda idim və düşünürdüm: bu yuxudur? Mənim üçün o, futbolun tanrısı idi” - deyə o bildirib.
Abaskal Ronaldinyonun texnikasının onu daim təəccübləndirdiyini və meydanda əsl sehr göstərdiyini qeyd edib.
