Ukrayna futbol millisində Rebrovu əvəz edəcək namizədin adı açıqlanıb

14 Aprel 2026 14:59
267
Ukrayna futbol millisində Rebrovu əvəz edəcək namizədin adı açıqlanıb

Futbol üzrə Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov postunu tərk etməyə hazırlaşır.

İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.

51 yaşlı mütəxəssisin federasiya ilə müqaviləsi bu yay başa çatır və onun klub səviyyəsində işləmək istədiyi bildirilir. Rebrovun xidmətində Fars körfəzi ölkələrinin klubları maraqlıdır və ona illik 5 milyon avro maaş təklif oluna bilər.

Onun mümkün varisi kimi isə 2010-cu ildə də milli ilə çalışmış 75 yaşlı Miron Markeviç göstərilir.

Məlumat üçün qeyd edək ki, Ukrayna millisi 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-off mərhələsinə yüksəlsə də, yarımfinalda İsveç yığmasına 1:3 hesabı ilə məğlub olub.

11 iyun -19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.

İdman.Biz