İspaniyanın “Barselona” futbol klubunun azarkeşlərinin “Atletiko” Madridin ev oyunlarını keçirdiyi stadionun yaxınlığında Antuan Qrizmanın adına olan lövhəni zədələyiblər.
İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Hadisənin bu gün baş verən qarşılaşma ərəfəsində qeydə alındığı qeyd olunur.

Məlumata görə, bu matç fransız futbolçunun “Barselona”ya qarşı son oyunu olacaq. O, daha sonra karyerasını “Orlando Siti” klubunda davam etdirməyi planlaşdırır.
