“Bolonya” autsayderlə oyunda xal itirdi

28 Noyabr 2026 01:49
39
“Bolonya” autsayderlə oyunda xal itirdi

İtaliya A Seriyasında 13-cü tura start verilib.

İdman.Biz xəbər verir ki, turun açılış oyununda “Venesiya” doğma meydanda “Bolonya”nı qəbul edib.

Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb - 0:0.

Bu nəticədən sonra 19 xalı olan “Bolonya” turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. “Venesiya” isə yeddi xalla 19-cu yerdədir.

Növbəti turda “Bolonya” dekabrın 4-də “Roma”nı, “Venesiya” isə dekabrın 7-də “Sassuolo”nu qəbul edəcək.

İdman.Biz