“Neftçi” “Araz-Naxçıvan”a qalib gələrək “Zirə”yə yaxınlaşdı - YENİLƏNİB + VİDEO

11 Aprel 2026 21:58
1 924
“Neftçi” “Araz-Naxçıvan”a qalib gələrək “Zirə”yə yaxınlaşdı

“Neftçi” - “Araz-Naxçıvan” oyunu başa çatıb.

İdman.Biz bildirir ki, Bakı komandası qalib gəlib - 2:1.

Bu oyundan sonra "Neftçi" 43 xalla beşincidir. "Zirə" 44 xalla dördüncü yerdədir. "Araz-Naxçıvan" 39 xalla altıncı yerdə qərarlaşıb.

21:27

“Neftçi” - “Araz-Naxçıvan” oyununda hesab dəyişib.

İdman.Biz bildirir ki, Slavik Alxasov 65-ci dəqiqədə Naxçıvan komandasının ilk qolunu vurub - 2:1.

21:18

“Neftçi” - “Araz-Naxçıvan” oyununda hesab dəyişib.

İdman.Biz bildirir ki, Breno Almeyda 57-ci dəqiqədə Bakı komandasının ikinci qolunu vurub.

20:50

“Neftçi” - “Araz-Naxçıvan” oyununda ikinci yarı başlayıb.

İdman.Biz bildirir ki, hesab 1:0 Bakı klubunun xeyrinədir.

20:50

“Neftçi” - “Araz-Naxçıvan” oyununda ilk yarı bitib.

İdman.Biz bildirir ki, hesab 1:0 Bakı klubunun xeyrinədir.

20:35

“Neftçi” - “Araz-Naxçıvan” oyununda hesab açılıb.

İdman.Biz bildirir ki, 32-ci dəqiqədə İmad Faraj Bakı klubunu hesabda irəli çıxarıb.

20:02

“Neftçi” - “Araz-Naxçıvan” oyunu start götürüb.

İdman.Biz bildirir ki, matç “Palms Sports Arena”da keçirilir.

19:29

“Neftçi” Azərbaycan Premyer Liqasının 27-ci turunda “Palms Sports Arena”da “Araz-Naxçıvan”ı qəbul edir.

İdman.Biz xəbər verir ki, komandalar saat 20:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 33. Breno Almeyda 11. İmad Faraj 10. Freddi Varqas

Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 17. Murad Xaçayev 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 6. Sessi Dalmeyda 27. Kristian Kostin 22. Luis Ortis 23. Cordan Rezabala 28. Alessio Kurçi

Baş məşqçi: Yuri Vernidub

“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli 3. Bəxtiyar Həsənalızadə (k) 4. Rahil Məmmədov 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 17. İssuf Paro 23. Nuno Rodriqes 7. Hamidu Keyta 10. Felipe Santos 11. Ba-Muaka Simakala

Ehtiyat oyunçular: 12. Kristian Avram 5. Slavik Alxasov 8. Coşqun Diniyev 14. Ülvi İsgəndərov 16. Ramon Maçado 70. Şarl Boli 19. Bar Kohen

Məşqçi: Vadar Nuriyev

10:23

Bu gün futbol üzrə Misli Premyer Liqasının 27-ci turu çərçivəsində günün son qarşılaşması “Palms Sports Arena” stadionunda keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Neftçi” “Araz-Naxçıvan”ı qəbul edəcək.

Oyun saat 20:00-da başlayacaq. “Neftçi” 40 xalla turnir cədvəlinin beşinci pilləsində yer alıb. 39 xala malik “Araz-Naxçıvan” isə altıncıdır.

Misli Premyer Liqası
Dördüncü dövrə, 27-ci tur
11 aprel
20:00. “Neftçi” - “Araz-Naxçıvan”

Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev
VAR: Rauf Cabarov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Palms Sports Arena”

Qeyd edək ki, tura aprelin 12-də yekun vurulacaq.

İdman.Biz