Azərbaycan U-17 futbol millisi Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
İdman.Biz xəbər verir ki, millimiz iyunun 1-dən 10-dək Qəbələdə təlim-məşq toplanışında olacaq.
Hazırlıq çərçivəsində Azərbaycan yığması Qazaxıstan U-17 millisi ilə üz-üzə gələcək. Hər iki qarşılaşma Qəbələ şəhər stadionunda təşkil olunacaq. İlk oyun 6 iyunda, ikinci görüş isə 9 iyunda keçiriləcək. Hər iki matç saat 17:30-da start götürəcək.
Milliyə dəvət edilən futbolçular:
Bilal Hacıyev, Cavidan Babayev, Roman Fərzəli, Vaqif Nəbiyev, Mehdi Hüseyn, Əhəd Hacızadə, Tunar Əsgərzadə, Əli Bəşirov, Daniil Rəcəbov (“Qarabağ”)
Cihad Sadıqov, Harun Nur Kərim, Vaqif Məmmədli, Nihad Hüseynzadə, Cəfər Cəfərzadə, Firdovsi Şeydayev, Ruslan Əbilov (“Sabah”)
Ruslan Quliyev, Şikar Şikar, Sultan Orucov (“Neftçi”)
Rəsul Balakişiyev, Nicat Əhmədzadə (“Marcet”, İspaniya)
Ülvi Abbaslı (“Sumqayıt”)
Nazim Əliyev (“Srvena Zvezda”, Serbiya).
