Slovakiyanın Bratislava şəhərində keçirilən minifutbol üzrə Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.
İdman.Biz xəbər verir ki, yarışın dördüncü günündə daha doqquz qarşılaşma baş tutub. Matçlardan sonra pley-offa vəsiqə qazanan bütün komandalar və 1/8 final cütləri dəqiqləşib.
Azərbaycan minifutbol millisi F qrupunu maksimum nəticə ilə tamamlayıb. Elşad Quliyevin komandası son turda Fransanı 3:2 hesabı ilə məğlub edərək xalını doqquza çatdırıb və qrupu lider kimi başa vurub. Millimiz bundan əvvəl Avstriyaya 1:0, İtaliyaya isə 3:0 hesabı ilə qalib gəlib.
F qrupunun digər görüşündə Avstriya İtaliyanı 5:0 hesabı ilə üstələyib. Yekun nəticəyə əsasən, Azərbaycan doqquz xalla birinci, Fransa dörd xalla ikinci, Avstriya üç xalla üçüncü, İtaliya isə bir xalla dördüncü olub.
Pley-off mərhələsində Azərbaycan millisi Qazaxıstanla üz-üzə gələcək. Qazaxıstan E qrupunu dörd xalla ikinci pillədə tamamlayıb.
Pley-off cütləri:
Azərbaycan - Qazaxıstan
Polşa - Gürcüstan
Ukrayna - Portuqaliya
Rumıniya - Avstriya
Bosniya və Herseqovina - Macarıstan
Bolqarıstan - Fransa
Yunanıstan - Serbiya
Çexiya - Monteneqro
