Parisdə PSJ azarkeşlərinin iştirak etdiyi iğtişaşlarda yeddi polis əməkdaşı yaralanıb.
İdman.Biz bu barədə Le Figaro-ya istinadən mlumat verir.
PSJ şənbə günü Londonun “Arsenal” komandasını penaltilərlə məğlub edərək ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olub. Matç Budapeştdə keçirilib.
Nəşrin məlumatına görə, azarkeşlər Parisin 16-cı rayonunda bir çörək sexinə və bir restorana hücum ediblər. Hüquq-mühafizə orqanları “Park de Prens” stadionunun yaxınlığında min nəfəri mühasirəyə alıb. Ən gərgin vəziyyət Le Halles rayonunda və Şanselize meydanında yaranıb. Fanatlar Parisin 8-ci rayonunda polis məntəqəsinə hücum edblər. Ümumilikdə 283 nəfər saxlanılıb. Ölkə üzrə həbs olunanların sayı isə 416-dır.
Luis Enrikenin komandasının Çempionlar Liqasını qazanmasından bir neçə dəqiqə sonra polis azarkeşləri qovmaq üçün əməliyyata başlayıb.
Məlumata əsasən, iğtişaşlar Fransanın 15 şəhərində baş verib. Ölkə üzrə 22 min xüsusi təyinatlı iştişaşları yatırmağa cəlb olunub.
