Leao A Seriyasını tərk etmək istədiyini bildirib

31 May 2026 04:22
82
Leao A Seriyasını tərk etmək istədiyini bildirib

“Milan”ın portuqaliyalı yarımmüdafiəçisi Rafael Leao bu yay klubdan ayrılmaq və şansını başqa liqada sınamaq niyyətində olduğunu açıqlayıb.

İdman.Biz bildirir ki, bu yaxınlarda başa çatan İtaliya Seriya A mövsümündə 26 yaşlı Leao 29 oyun keçirib, doqquz qol vurub və üç məhsuldar ötürmə edib, komandası beşinci yeri tutub və Çempionlar Liqasına vəsiqə qazana bilməyib.

“Milan”la tarix yazdığım üçün qürur duyuram, amma yeni bir fəsil istəyirəm. Özümü başqa liqada oynamağa hazır hiss edirəm.

“Milan” üçün əlimdən gələni etdim, amma yeni bir çağırışın vaxtıdır”, - Leao Sport TV-yə verdiyi müsahibədə bildirib.

Leao həmçinin İtaliya Kubokunda iki oyuna çıxıb və bir qol vurub. Portuqaliyalı oyunçu 2019/2020 mövsümündən bəri "rossoneri"dədir.

Daha əvvəl “Real Madrid”, “Mançester Siti” və “Mançester Yunayted” kimi nəhənglər tərəfindən oyunçuya maraq ifadə edilib. Türkiyənin “Qalatasaray” və “Fənərbağça” klubları da Leao ilə maraqlanırdı.

İdman.Biz