“Arsenal”ın hücumçusu Kay Haverts Çempionlar Liqasının finalında PSJ-yə qarşı (1:1, 3:4) erkən qol vuraraq, Avropanın ən yaxşı klub turnirinin finalında iki fərqli komandanın heyətində qol vuran üçüncü oyunçu olub.
İdman.Biz bildirir ki, o, 2021-ci ildə Londonun digər klubu “Çelsi” üçün də Çempionlar Liqasının finalında qol vurub.
Alman futbolçudan başqa, Kriştianu Ronaldu (“Mançester Yunayted”, 2008; “Real Madrid”, 2014) və Mario Mancukiç (“Bavariya”, 2013; “Yuventus”, 2017) də bu nailiyyətə imza atıblar.
Ümumilikdə, 26 yaşlı Haverts başa çatmış Çempionlar Liqası mövsümündə altı oyun keçirib, dörd qol vurub və bir məhsuldar ötürmə edib. O, 2023-cü ildən “topçular”da oynayır.
