PSJ son iki mövsümdə Çempionlar Liqasının pley-off mərhələsində altı dəfə İngiltərə klublarını məğlub edib.
İdman.Biz bildirir ki, Luis Enrikenin komandası mayın 30-da finalda “Arsenal” komandasını məğlub edərək (1:1, penaltilər seriyasında 4:3) kuboku qazanıb.
Dörddəbir finalda parislilər “Liverpul”a (2:0, 2:0), 1/8 finalda isə “Çelsi”yə (5:2, 3:0) qalib gəliblər.
Ötənilki mövsümdə Fransa klubu 1/8 finalda “Liverpul”a (0:1, 1:0, penaltilər seriyasında 4:1), 1/4 finalda “Aston Villa”ya (3:1, 2:3) və yarımfinalda “Arsenal”a (1:0, 2:1) qalib gəlmişdi.
