UEFA Superkuboku uğrunda oyunun iştirakçıları məlum olub

30 May 2026 23:41
71
UEFA Superkuboku uğrunda oyunun iştirakçıları məlum olub

Fransanın “Pari Sen-Jermen” və İngiltərənin “Aston Villa” komandaları 2026-cı il UEFA Superkuboku uğrunda qarşılaşacaqlar.

İdman.Biz bildirir ki, oyun 12 avqustda Avstriyanın Zaltsburq şəhərindəki “Red Bull Arena”da keçiriləcək.

“Paris Sen-Jermen” UEFA Çempionlar Liqasının finalında Londonun “Arsenal” komandasını məğlub etdi. Komandalar əsas vaxtdan sonra 1:1 hesablı heç-heçə etdilər, lakin penaltilər seriyasında parislilər 4:3 hesablı qələbə qazandılar. Oyun Budapeştdəki “Puşkaş Arena”da keçirilib.

“Aston Villa” UEFA Avropa Liqasının finalında “Frayburq”u 3:0 hesabı ilə məğlub edib. Oyun Türkiyənin İstanbul şəhərindəki “Tüpraş” stadionunda keçirilib.

İdman.Biz