Luis Enrike Qvardiola və Zidanın göstəricisini təkrar edib

30 May 2026 23:47
75
Luis Enrike Qvardiola və Zidanın göstəricisini təkrar edib

Luis Enrike məşqçilik karyerasında üçüncü dəfə Çempionlar Liqasının qalibi olub.

İdman.Biz bildirir ki, bu gün ispan məşqçinin rəhbərliyi altında PSJ finalda “Arsenal”ı məğlub edərək (1:1, penaltilərdə 4:3) kuboku başı üzərinə qaldırıb.

Parislilər ötən il də turnirin qalibi olmuşdular. 2015-ci ildə Enrike “Barselona”nı bu yarışda qələbəyə aparıb.

İndi Luis üç dəfə Çempionlar Liqasını və ya Avropa Çempionları Kubokunu qazanan Bob Peysli, Zinəddin Zidan və Pep Qvardiolaya bərabərdir. Karlo Ançelottinin beş kuboku var.

İdman.Biz