Vitinya Çempionlar Liqası finalının oyunçusu seçilib

30 May 2026 23:26
61
Vitinya Çempionlar Liqası finalının oyunçusu seçilib

PSJ-nin yarımmüdafiəçisi Vitinya 2025/26 mövsümünün Çempionlar Liqasının finalında Londonun “Arsenal” komandasına qarşı oyunun ən yaxşı oyunçusu seçilib.

İdman.Biz bildirir ki, oyun Budapeştdəki "Puşkaş Arena"da baş tutub. Matç parislilərin 1:1 (penaltilər seriyasında 4:3) hesablı qələbəsi ilə başa çatıb.

Vitinya oyuna start heyətində başlayıb və əlavə vaxtın 106-cı dəqiqəsində əvəzlənib. Yarımmüdafiəçinin ötürmə dəqiqliyi 97% olub.

İdman.Biz