“Mançester Yunayted” və “Tottenhem” qış transfer pəncərəsi ərəfəsində “Betis”in futbolçusu Troy Perrottu heyətlərinə qatmaq imkanını nəzərdən keçirirlər.
İdman.Biz insayder Kristian Vakeroya istinadən xəbər verir ki, hər iki İngiltərə klubu 24 yaşlı futbolçu ilə maraqlansa da, hələlik onun transferi üçün rəsmi təklif göndərməyib.
Məlumata görə, “Betis” yanvarda irlandiyalı hücumçunu satmağı planlaşdırmır. Futbolçunun müqaviləsində 100 milyon avro (200 milyon manat) məbləğində sərbəstqalma maddəsi nəzərdə tutulub.
Perrott cari mövsümdə bütün turnirlər daxil olmaqla doqquz oyuna çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib.
Qeyd edək ki, hücumçunun “Betis”lə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı onun bazar dəyərini 20 milyon avro qiymətləndirir.
