La Liqanın doqquzuncu turu heç-heçə ilə başladı - VİDEO

17 Oktyabr 2026 01:07
94
La Liqanın doqquzuncu turu heç-heçə ilə başladı

İspaniya La Liqasının doqquzuncu turunun açılış oyununda “Deportivo” öz meydanında “Levante” ilə 1:1 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, ilk hissəsi qolsuz başa çatan qarşılaşmada hesab 63-cü dəqiqədə açılıb. Meydan sahiblərindən B. Nsonqo fərqlənib.

Qonaqlar 82-ci dəqiqədə D. Rekenanın qolu ilə tarazlığı bərpa ediblər.

Bu nəticədən sonra “Deportivo” 11 xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. Yeddi xalı olan “Levante” isə 17-ci yerdədir.

İdman.Biz