İspaniya futbolunda “Real Madrid”lə La Liqanın prezidenti Xavyer Tebaş arasında yaranan qalmaqal yeni mərhələyə keçə bilər.
İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, İspaniyanın Ali İdman Şurası (CSD) Tebas barəsində tədbir görülməsi imkanını nəzərdən keçirir.
Buna səbəb La Liqa prezidentinin “Real Madrid” televiziyasının fəaliyyətini nasist Almaniyasında istifadə olunan təbliğat üsulları ilə müqayisə etməsidir.
Xatırladaq ki, Madrid klubu Tebaşın açıqlamasından sonra bəyanat yayaraq bu cür müqayisələrin qəbuledilməz olduğunu vurğulayıb.
“Real Madrid” qeyd edib ki, Tebaşın nasist ideologiyasını nəzərdə tutmadığını dəqiqləşdirməsi belə, onun sözlərinin təhqiredici, mənəvi baxımdan qəbuledilməz və tutduğu vəzifəyə yaraşmayan xarakterini yüngülləşdirmir.
Hələlik Tebaş barəsində hər hansı tədbirin görülməsi ilə bağlı yekun qərar qəbul edilməyib.
