“Frozinone” - “Sassuolo” matçında altı qol: Raymondonun het-triki

17 Oktyabr 2026 00:54
99
“Frozinone” - “Sassuolo” matçında altı qol: Raymondonun het-triki

İtaliya A Seriyasının yeddinci turunda “Frozinone” öz meydanında “Sassuolo”nu 4:2 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın əsas qəhrəmanı het-trikə imza atan Antonio Raymondo olub.

Hesab doqquzuncu dəqiqədə Cakomo Kalonun qolu ilə açılıb. Altı dəqiqə sonra Domeniko Berardi tarazlığı bərpa edib – 1:1.

Meydan sahibləri 26-cı və 30-cu dəqiqələrdə Raymondonun vurduğu qollarla hesabı 3:1-ə çatdırıblar. Lakin 37-ci dəqiqədə Kristian Torstvedt fərqi minimuma endirib.

İkinci hissədə də üstünlüyünü qoruyan “Frozinone” 57-ci dəqiqədə Raymondonun üçüncü qolu ilə yekun hesabı müəyyənləşdirib – 4:2.

Bu qələbə ilə xallarının sayını 13-ə çatdıran “Frozinone” turnir cədvəlində dördüncü pilləyə yüksəlib. “Sassuolo” isə səkkiz xalla 11-ci pillədə qərarlaşıb.

İdman.Biz