İngiltərənin “Liverpul” futbol klubu “Aston Villa”nın yarımmüdafiəçisi Yohan Manzambini transfer etməyi nəzərdən keçirir. İsveçrəli futbolçu Aleksis Mak Allisterin komandadan ayrılacağı təqdirdə onun əvəzləyicisi ola bilər.
İdman.Biz xəbər verir ki, mersisaydlılar argentinalı yarımmüdafiəçinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda 20 yaşlı futbolçuya maraq göstərirlər.
Madrid “Real”ı Mak Allisterin vəziyyətini izləməyə davam edir və onu 2027-ci ilin yayında transfer etmək imkanını nəzərdən keçirir. Futbolçu daha əvvəl “Liverpul” rəhbərliyinin ona hələ də yeni müqavilə təklif etməməsindən narazılığını ifadə edib. Bundan başqa, İngiltərə klubunun argentinalı ilə müqaviləni uzatmaq istəmədiyi barədə də məlumatlar yayılıb.
Bu vəziyyətdə “Liverpul” yarımmüdafiə xəttini gücləndirmək üçün alternativ variantları araşdırır. Namizədlərdən biri ötən yay Almaniyanın “Frayburq” klubundan “Aston Villa”ya keçən Manzambidir. Onun transferinin məbləği bonuslarla birlikdə 68 milyon avro (136 milyon manat) təşkil edib.
İsveçrəli yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə beş oyuna çıxıb, iki qol vurub və üç məhsuldar ötürmə edib.
Manzambinin “Aston Villa” ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.
