Mark Kukurelya “Real Madrid”in gənc qonaqlarına sürpriz etdi

17 Oktyabr 2026 04:07
73
Mark Kukurelya “Real Madrid”in gənc qonaqlarına sürpriz etdi

İspaniyalı futbolçu Mark Kukurelya “Real Madrid” Fondunun təşkil etdiyi təlim proqramının iştirakçılarına sürpriz edib.

İdman.Biz xəbər verir ki, müdafiəçi klubun məşq bazasını ziyarət edərək Avstraliyadan gəlmiş 76 uşaqla görüşüb.

“Real Madrid” Fondu və SDA-nın birgə təşkil etdiyi proqramda iştirak edən uşaqlar futbolçu ilə yaxından ünsiyyət qurmaq imkanı əldə ediblər.

Kukurelya gənc idmançılarla futbola olan sevgiləri və daim öyrənməyin əhəmiyyəti barədə söhbət edib. O, uşaqları futboldan zövq almağa, hər gün inkişaf etməyə, həm meydanda, həm də meydandan kənarda öz üzərlərində çalışmağa çağırıb.

Görüşün sonunda futbolçu iştirakçılardan ibarət komandaların hər biri ilə xatirə şəkli çəkdirib.

Bu ziyarət “Real Madrid” Fondunun metodologiyası əsasında keçirilən bir həftəlik məşqlər və maarifləndirici tədbirlər proqramının yekunu olub.

İdman.Biz