“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:04
95
“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

“Real Madrid” futbol klubunun komandanın müdafiə xəttini gücləndirmək planlarında “Mançester Siti”nin futbolçusu Ruben Diaş və “İnter”in üzvü Alessandro Bastoni hələ də yer alır.

İdman.Biz “Sport.es”ə istinadən xəbər verir ki, Madrid təmsilçisi bu iki müdafiəçi ilə “Liverpul”dan İbrahima Konateni azad agent kimi heyətinə qatmazdan əvvəl də maraqlanıb.

Məlumata görə, yayda klub rəhbərliyi Konatenin transferini kifayət hesab edib və sərəncamındakı beş mərkəz müdafiəçisi ilə mövsümə davam etmək qərarına gəlib. Bununla belə, Diaş və Bastoni gələcək transferlər üçün namizədlər siyahısında saxlanılıb.

Madridlilərin bu mövqeyə yeni futbolçu cəlb etməsi Eder Militaonun fiziki vəziyyətindən asılı olacaq. Braziliyalı müdafiəçi zədədən sonra əvvəlki formasını bərpa edərək Konate və ya Din Heysenlə etibarlı tandem yarada bilsə, “Real Madrid” 2027-ci ildə əsasən rotasiya üçün nəzərdə tutulan mərkəz müdafiəçilərinin axtarışına üstünlük verəcək.

İdman.Biz