“Arsenal” 2025/26 Çempionlar Liqası mövsümündə bir dəfə də məğlub olmayıb.
İdman.Biz bildirir ki, Mikel Artetanın komandası əsas mərhələdə səkkiz mümkün oyundan səkkizində qalib gələrək ümumilikdə maksimum xal qazanıb.
1/8 final, 1/4 final və 1/2 finalda “topçular” üç qələbə qazanıb və üç heç-heçə ediblər. Çempionlar Liqasının finalında “Arsenal” PSJ-yə yalnız penaltilərdə uduzub – 1:4. Əsas və əlavə vaxtda hesab 1:1 olub.
