“Arsenal” tarixində keçirdiyi səkkiz Avropa finalından altısında məğlub olub.
İdman.Biz bildirir ki, Mikel Artetanın komandası mayın 30-da Çempionlar Liqasının finalında PSJ-yə məğlub olub (1:1, penaltilərdə 3:4).
Bu, “topçular”ın Çempionlar Liqasındakı ikinci məğlubiyyətidir. Birincisi 2006-cı ildə “Barselona”dan (1:2) olub.
“Arsenal” həmçinin Kubok Qalibləri Kuboku finalında (1980, 1995) və UEFA Kuboku/Avropa Liqası finalında (2000, 2019) dörd dəfə məğlubiyyətə uğrayıb.
Onların yeganə qələbələri 1970-ci ildə “Yarmarkalar Kuboku” (UEFA Kuboku) finalında “Anderlext”ə (1:3, 3:0) və 1994-cü ildə Kubok Qalibləri Kubokunun finalında “Parma”ya qarşı (1:0) olub.
