Azərbaycan atleti Səkinə Hacızadə Monakoda keçirilən Avropanın Kiçik Ölkələrinin Çempionatında uğurla çıxış edib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.
Bildirilib ki, nüvəitələmə növündə mübarizə aparan milli komandamızın üzvü üçüncü yerə layiq görülüb.
Bürünc medal qazanan atlet 12.78 metr nəticə göstərib.
