Monakoda Azərbaycan sınağı: Millimiz medal uğrunda yarışacaq

28 May 2026 14:22
180
Monakoda Azərbaycan sınağı: Millimiz medal uğrunda yarışacaq

Atletika üzrə Azərbaycan milli komandası Monakoda keçiriləcək Avropanın kiçik ölkələrinin çempionatında iştirak edəcək.

İdman.Biz xəbər verir ki, 30 may 2026-cı il tarixində təşkil olunacaq yarışda ölkəmizi təmsil edəcək milli komanda üzvləri Monakoya yola düşüblər.

Çempionat “Stad Lui ikinci”də keçiriləcək. Turnir Monako Atletika Federasiyasının təşkilatçılığı və Avropa Atletikasının dəstəyi ilə baş tutacaq.

Yarışda Monako ilə yanaşı 17 ölkənin atletləri qüvvəsini sınayacaq. İştirakçılar arasında Azərbaycan, Albaniya, Andorra, Ermənistan, Bosniya və Herseqovina, Kipr, Gürcüstan, Cəbəllütariq, İslandiya, Kosovo, Lixtenşteyn, Lüksemburq, Malta, Moldova, Monteneqro, Şimali Makedoniya və San-Marino yer alır.

Avropanın kiçik ölkələrinin çempionatında atletlər qaçış, tullanma, atma və estafet növlərində mübarizə aparacaqlar. Yarış proqramında 100 metr, 200 metr, 400 metr, 800 metr, 1500 metr, 5000 metr, sədlərlə qaçış, hündürlüyə tullanma, uzunluğa tullanma, nüvəitələmə, nizəatma və İsveç estafeti kimi növlər var.

Bu turnir həm də 2027-ci ildə Monakoda keçiriləcək Avropanın Kiçik Dövlətləri Oyunlarına hazırlıq baxımından önəm daşıyır.

İdman.Biz