Atletika üzrə Bakı çempionatında ilk qaliblər məlum olub - YENİLƏNİB + FOTO

8 May 2026 20:53
935
Atletika üzrə Bakı çempionatında ilk qaliblər məlum olub

Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Atletika Federasiyası tərəfindən atletika üzrə Bakı çempionatı keçirilir.

İdman.Biz bildirir ki, yarışın birinci günü 100m, 110m sədlərlə qaçış, 400m,1500m məsafəyə oğlanlar və qızlar arasında qaçış və Üçtəkanla tullanma, Nüvə itələmə, Nizə atma növü üzrə yarış baş tutub.

Qalib gələn idmançılar medal və diplomla təltif olunublar.

10:17

Bu gün Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Atletika Federasiyası tərəfindən idmançılar arasında Bakı çempionatı baş tutacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarış saat 16:00-da start götürəcək.

Qeyd edək ki, turnir mayın 9-da yekunlaşacaq.

İdman.Biz