Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunun ilk mərhələsinin qalibi məlum olub - YENİLƏNİB + FOTO

8 Oktyabr 2026 17:47
719
Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunun ilk mərhələsinin qalibi məlum olub - YENİLƏNİB + FOTO

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub.

İdman.Biz xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, birinci mərhələdə atletlər Qəbələ şəhərindən start götürərək Ağdaşadək 52,5 km məsafə qət ediblər.

Kişilər arasında ilk mərhələnin qalibi David Xarazişvili (Gürcüstan) olub. Andrey Eqorov (Litva) ikinci, İrakli Canaşıya (Gürcüstan) isə üçüncü yeri tutub.

Qadınlar arasında birinci yeri Olena Şevçenko (Ukrayna), ikinci yeri Leyla Abdinova (Rusiya), üçüncü yeri isə Natalya Vallek (Azərbaycan) tutub.

Xatırladaq ki, iştirakçılar ümumilikdə 192 km məsafə qət edərək Xankəndidə finişə çatacaqlar. Ultramarafon dörd mərhələdən ibarətdir: Qəbələ–Ağdaş (52,5 km), Ağdaş–Bərdə (63,5 km), Bərdə–Ağdam (46,8 km) və Ağdam–Xankəndi (29,2 km). Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

Beynəlxalq ultramarafonun keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin və qaçış idmanının təbliği, həmçinin Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır.

Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə təşkil olunub. 380 km məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ–Xankəndi marşrutu üzrə keçirilib və yarışa altı ölkədən 81 atlet qatılıb.

09:17

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqasının birgə təşkilatçılığı ilə keçirilən üçüncü Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələ şəhərində start verilib.

İdman.Biz xəbər verir ki, əvvəlcə Ulu Öndər Əliyevin Qəbələ şəhərindəki abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Ardınca Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov ultramarafonun təşkilinin önəmli olduğunu qeyd edib: "Ötən il bildiyiniz kimi, Qəbələ idman paytaxtı idi. Hər kəs bu yarışı maraqla gözləyir. İşğaldan azad olunan ərazilərdə idman tədbirlərinin təşkili sevindirici məqamdır. Buna görə Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk".

Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə atletika idman növünə marağın yüksək olduğunu qeyd edib. O, xarici idmançıların da burada iştirakını müsbət məqam kimi qiymətləndirib. Qurum rəsmisi işğaldan azad olunan ərazilərin dövlətin dəstəyi sayəsində yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.

Yarışda 5 ölkədən 97 atlet iştirak edir.

Beynəlxalq ultramarafonun keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin və qaçış idmanının təbliği, həmçinin Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır. 192 kilometrlik Qəbələ–Xankəndi marşrutu iştirakçıların fiziki hazırlığını və dözümlülüyünü sınayan ciddi mübarizə vəd edir.

Ultramarafon dörd mərhələdən ibarət olacaq: Qəbələ–Ağdaş (52,5 kilometr), Ağdaş–Bərdə (63,5 kilometr), Bərdə–Ağdam (46,8 kilometr) və Ağdam–Xankəndi (29,2 kilometr). Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə təşkil olunub. 380 kilometrlik məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ–Xankəndi marşrutu üzrə keçirilib və yarışa altı ölkədən 81 atlet qatılıb.

2026-cı ildə üçüncü dəfə təşkil olunan Xankəndi Ultramarafonu yenidən Qəbələ–Xankəndi marşrutu üzrə keçiriləcək.

İdman.Biz