Azərbaycanlı sprinter Dakar-2026-da finala yüksəldi

9 Noyabr 2026 01:29
54
Azərbaycanlı sprinter Dakar-2026-da finala yüksəldi

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Azərbaycanın atletika təmsilçisi Daniil Şuvayev finala yüksəlib.

İdman.Biz Azərbaycan Atletika Federasiyasına istinadən xəbər verir ki, idmançımız noyabrın 8-də 100 metr məsafəyə qaçış yarışında mübarizə aparıb.

Şuvayev məsafəni 11,57 saniyəyə qət edərək final mərhələsinə vəsiqə qazanıb.

İdman.Biz