Azərbaycan Atletika Federasiyasının (AAF) nümayəndələri Portuqaliyanın Portu şəhərində keçirilən “European Running Business Conference” (ERBC 2026) tədbirində iştirak edirlər.
İdman.Biz xəbər verir ki, noyabrın 6-8-də təşkil olunan konfransa AAF-ın “Qaçış hər kəs üçün” Komitəsi sədrinin müavini Elşən Quliyev və Zəfər Qaçış Klubunun Media və İnkişaf şöbəsinin direktoru Nərmin Quliyeva qatılıblar.
Beynəlxalq tədbirdə müxtəlif ölkələrdən qaçış yarışlarının təşkilatçıları, federasiya nümayəndələri, atletika mütəxəssisləri və media təmsilçiləri bir araya gəliblər.
Konfrans çərçivəsində iştirakçılar təcrübə mübadiləsi aparır, yenilikləri müzakirə edir və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirirlər.
