Atletimiz Ramil İsmayılov U18 Avropa Çempionatına lisenziya qazanıb - FOTO

15 May 2026 23:11
156
Atletimiz Ramil İsmayılov U18 Avropa Çempionatına lisenziya qazanıb

Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Atletika Federasiyası tərəfindən idmançılar arasında Bakı birinciliyi keçirilib.

İdman.Biz xəbər verir ki, yarışın birinci günündə oğlanlar və qızlar arasında 100 m, 400 m və 1500 m məsafələrə qaçış, üçtəkanla tullanma, nüvə itələmə və nizəatma növləri üzrə yarışlar baş tutub.

Üçtəkanla tullanma növündə İsmayılov Ramil 14.40 m nəticə göstərərək U18 Avropa Çempionatına lisenziya qazanıb.

Nəticələr:

• 400 m oğlanlar — Abdullayev Cavid 50.90 nəticə ilə I yer
• 1500 m qızlar — Yusupova Elina 5:40.30 nəticə ilə I yer
• 400 m qızlar — Sadıqova Darya 1:01.61 nəticə ilə I yer
• Nizəatma qızlar — Əhmədsoy Nihal 20.49 m nəticə ilə I yer
• Nizəatma kişilər — İbrahimzadə Nicat 44.80 m nəticə ilə I yer
• 100 m qızlar — Kərimova Safiya 12.78 san nəticə ilə I yer
• 100 m oğlanlar — Suvayev Danil 11.35 san nəticə ilə I yer
• Nüvə itələmə qızlar — İsmayılova Ayla 10.45 m nəticə ilə I yer
• Nüvə itələmə oğlanlar — İbrahimzadə Nicat 14.06 m nəticə ilə I yer
• 1500 m oğlanlar — Qafarov Nihat 4:29.41 nəticə ilə I yer tutub.

Qalib gələn idmançılar medal və diplomlarla təltif olunublar.

İdman.Biz