Marafon qaçışı üzrə dünya rekordçusu Sabastian Save tarixi nailiyyətindən sonra vətəni Keniyada dövlət səviyyəsində qəbul edilib.
İdman.Biz xəbər verir ki, tarixdə ilk dəfə marafon məsafəsini iki saatdan az müddətə qaçmağı bacaran atlet üçün möhtəşəm qarşılanma mərasimi təşkil olunub.
Keniya prezidenti tarixi uğura imza atan idmançını xüsusi hədiyyələrlə mükafatlandırıb. Sabastian Saveyə həmçinin 62 min dollar (105 min AZN) pul mükafatı və öz istədiyi istənilən bir avtomobil hədiyyə edilib.
Bundan əlavə, idmançının yeni avtomobili üçün onun qırdığı dünya rekordunun vaxtını əks etdirən fərdi dövlət qeydiyyat nişanı (nömrə) da hazırlanıb. Keniya rəhbərliyi bu addımla atletin atletika tarixində açdığı yeni səhifəni əbədiləşdirib.
