Londonda inanılmaz dünya rekordu: Marafon tarixində iki saatlıq sədd aşıldı - FOTO

26 Aprel 2026 21:17
147
Londonda inanılmaz dünya rekordu: Marafon tarixində iki saatlıq sədd aşıldı - FOTO

London marafonunda dünya idman tarixinin ən möhtəşəm hadisələrindən biri yaşanıb. Keniyalı atlet Sebastian Save rəsmi yarış şəraitində iki saat baryerini qıran ilk şəxs olub.

İdman.Biz xəbər verir ki, o, finişə 1:59:30 nəticə ilə çataraq əvvəlki dünya rekordunu bir dəqiqədən çox yaxşılaşdırıb. Bununla da idmançı London marafonu titulunu inamlı şəkildə qoruyub.

Lakin bu tarixi qaçış tək bir insanın yarışı ilə məhdudlaşmayıb. Marafon debütünü edən Yomif Kejelça da iki saatlıq həddi keçərək 1:59:41 nəticə göstərib. Digər qaçışçı Yakob Kiplimo isə məsafəni 2:00:28 saniyəyə qət edib ki, bu da əvvəlki dünya rekordundan daha sürətli göstəricidir.

Qeyd edək ki, nəticələrin rəsmiləşməsi üçün adi təsdiqləmə prosedurları gözlənilir.

İdman.Biz