İslam Bazarqanov qızıl, Cəbrayıl Hacıyev bürünc üçün döşəyə çıxır

25 Aprel 2026 10:25
178
İslam Bazarqanov qızıl, Cəbrayıl Hacıyev bürünc üçün döşəyə çıxır

Bu gün Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov (57 kq) qızıl medal uğrunda Musa Mehtixanovla (UWW) güləşəcək.

İdman.Biz xəbər verir ki, Cəbrayıl Hacıyev bürünc medal görüşünə çıxacaq. 79 kq çəki dərəcəsində yarışan təmsilçimiz Rasul Şapiyev (Şimali Makedoniya)/Tariel Qafrindaşvili (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci olub. Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

İdman.Biz