Albaniyanın paytaxtı Tiranada qadın güləşi üzrə Avropa çempionatı yekunlaşıb. Cəmi beş idmançı ilə təmsil olunan Azərbaycan millisi turniri iki bürünc medalla tamamlayaraq komanda hesabında 54 xal toplayıb və altıncı yerdə qərarlaşıb.
İdman.Biz xəbər verir ki, qitə birinciliyində Ukrayna yığması 193 xalla çempion olub. Türkiyə 122 xalla ikinci, Polşa isə 114 xalla üçüncü pilləni tutub. Heyətin tam olmamasına baxmayaraq, xalçaya çıxan beş güləşçimizdən dördü medallar uğrunda mübarizə aparmağı bacarıb.
Yarışda Azərbaycan yığmasının heyətində Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar. Onlar həlledici qarşılaşmalarda rəqiblərinə qalib gələrək bürünc mükafatlara sahib çıxıblar.
