“Ötən il Avropa çempionatında yarımfinalda zədə almışdım. Bu dəfə çempionluq üçün gəlmişdim, lakin alınmadı, səhvlərə yol verdim”.
İdman.Biz xəbər verir ki, bunu Avropa çempionatında bürünc medal qazandıqdan sonra Jalə Əliyeva bildirib.
O əlavə edib ki, bu yarışlara çox ciddi hazırlaşıb və növbəti dəfə daha yaxşı nəticə göstərməyi planlaşdırır:
“Səhvlərimi düzəltmək və qızıl medal qazanmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm. Bu medal mənim üçün çox vacibdir. Çempion olmaq alınmadı, lakin düşündüm ki, vətənə əliboş qayıda bilmərəm. Bildiyiniz kimi, 57 kq olimpiya çəkisidir və burada rəqabət daha çoxdur. Medal qazana bildiyim üçün xoşbəxtəm”.
