Qadın güləşçilərimiz Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaqlar

24 Aprel 2026 09:25
136
Qadın güləşçilərimiz Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaqlar

Bu gün Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycanın üç qadın güləşçisi bürünc medal uğrunda xalçaya çıxacaq.

İdman.Biz xəbər verir ki, Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova yarışın üçüncülük görüşlərində qüvvələrini sınayacaqlar.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Azərbaycanın yunan-Roma güləşi millisi komanda hesabında birinci olub. Qadınlardan isə Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

İdman.Biz