Atletika dünyasında tarixi gün yaşanıb. Avstraliyalı gənc ulduz Qut Qut 200 metr məsafəyə qaçışda əfsanəvi Useyn Boltun rekordunu yeniləyərək adını tarixə yazdırıb.
İdman.Biz xəbər verir ki, Avstraliya Atletika Çempionatında çıxış edən 18 yaşlı idmançı məsafəni cəmi 19,67 saniyəyə qət edib. Bu göstərici ilə o, həm Avstraliya tarixinin ən yaxşı nəticəsinə imza atıb, həm də Useyn Boltun 2004-cü ildə qeydə alınan rekordunu geridə qoyub.
Xatırladaq ki, Useyn Bolt 20 yaşınadək (U20) atletlər kateqoriyasında 200 metri 19,93 saniyəyə qaçaraq dünya rekorduna sahib olmuşdu. Artıq 22 il sonra bu rekord Qut Qut tərəfindən rəsmən tarixin arxivinə göndərilib.
Mütəxəssislər gənc atletin finişə yaxınlaşarkən nümayiş etdirdiyi yüksək tempo və rahat qaçış stilini əfsanəvi Bolta bənzədərək, onu atletikanın yeni kralı adlandırmağa başlayıblar.
