“Sabah” - “Zirə” oyunu başa çatıb.
İdman.Biz bildirir ki, komandalar qalibi müəyyən edə bilməyiblər - 2:2.
Bu oyundan sonra "Sabah" 66 xalla turnir cədvəlində birincidir. "Zirə" 44 xalla 4-cü yerdə qərarlaşıb.
19:13
“Sabah” - “Zirə” oyununda hesab bərabərləşib.
İdman.Biz bildirir ki, 50-ci dəqiqədə İqor Noqeyra hesaba tarazlıq gətirib - 2:2.
19:06
“Sabah” - “Zirə” oyununda ikinci hissə başlayıb.
İdman.Biz bildirir ki, ilk yarıdan sonra qəsəbə klubu irəlidədir - 2:1.
18:50
“Sabah” - “Zirə” oyununda birinci hissə başa çatıb.
İdman.Biz bildirir ki, ilk yarıdan sonra qəsəbə klubu irəlidədir - 2:1.
18:44
“Sabah” - “Zirə” oyununda hesab dəyişib.
İdman.Biz bildirir ki, 40-ci dəqiqədə Eren Aydın qəsəbə klubunu irəli çıxarıb.
18:34
“Sabah” - “Zirə” oyununda hesab bərabərləşib.
İdman.Biz bildirir ki, 32-ci dəqiqədə Ruan Renato penaltidən bərabərlik qolunu vurub.
18:17
“Sabah” - “Zirə” oyununda hesab açılıb.
İdman.Biz xəbər verir ki, 16-cı dəqiqədə Coy Lens Mikels “Sabah”ı irəli çıxarıb.
18:01
Futbol üzrə Misli Premyer Liqasının 27-ci turunun “Sabah” - “Zirə” oyunu start götürüb.
İdman.Biz xəbər verir ki, oyunu hakim Tural Qurbanov idarə edir.
17:07
“Sabah” Misli Premyer Liqasının 27-ci turunda “Bank Respublika Arena”da “Zirə”ni qəbul edir.
İdman.Biz xəbər verir ki, komandalar saat 18:00-da start götürəcək qarşılaşmada meydana aşağıdakı heyətlərlə çıxacaq:
“Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 7. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 12. Rauf Əyyubov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 9. Xəyal Əliyev 70. Cesse Sekidika 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos 19. Aron Maluda
Baş məşqçi: Valdas Dambrauskas
“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 26. Stefan Aka 4. Ruan Renato 9. Davit Volkov 30. Rikardo Martins 20. İssa Cibrila 93. Brahim Konate 5. Ange Mutsinzi 17. Ayron Qomis 22. Eren Aydın
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 25. Enrike Kustodio 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 11. Junior Martins
Baş məşqçi: Rəşad Sadıqov
09:43
Bu gün futbol üzrə Misli Premyer Liqasının 27-ci turu çərçivəsində ikinci qarşılaşma “Bank Respublika Arena” stadionuda keçiriləcək.
İdman.Biz xəbər verir ki, “Sabah” “Zirə”ni qəbul edəcək.
Oyun saat 18:00-da başlayacaq. “Sabah” 65 xalla turnir cədvəlinin birinci pilləsində yer alıb. 43 xala malik “Zirə” isə dördüncüdür.
Misli Premyer Liqası
Dördüncü dövrə, 27-ci tur
11 aprel
18:00. “Sabah” - “Zirə”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”
Qeyd edək ki, tura aprelin 12-də yekun vurulacaq.
