Rumıniyalı mütəxəssis Mirça Luçeskunun son günlərini keçirdiyi xəstəxananın kardiologiya şöbəsinin rəhbəri Draqoş Vineriyanu onunla söhbətindən danışıb.
İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Həkimin sözlərinə görə, əfsanəvi məşqçi həyatının son dəqiqələrini futbol meydanında keçirmək istədiyini bildirib.
“Bir gün o mənə dedi: “Professor, mənim istədiyim tək şey futbol meydanında ölməkdir”. Hiss edirdim ki, o, səmimidir və müəyyən mənada özü ilə harmoniyadadır”, – deyə həkim Vineriyanu bildirib.
Onun sözlərinə görə, Luçesku hər zaman meydandan uzaq qalmasına təəssüf edir və həyatının böyük hissəsini məhz futbola həsr edib.
Vineriyanu qeyd edib ki, Luçesku özünü tam şəkildə peşəsinə və futbola həsr edib, bir neçə nəslin formalaşmasında mühüm rol oynayıb.
Xatırladaq ki, Luçesku Slovakiya ilə oyun öncəsi milli komandanın düşərgəsində iclas zamanı huşunu itirdikdən sonra xəstəxanaya yerləşdirilmişdi. 7 aprel tarixində isə 80 yaşında xəstəxanada vəfat edib.
