Minifutbol üzrə Avropa çempionatı: Millimiz 1/4 finalda - YENİLƏNİB + VİDEO

2 İyun 2026 01:16
3 360
Minifutbol üzrə Avropa çempionatı: Millimiz 1/4 finalda

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada təşkil olunan Avropa çempionatında növbəti sınağına çıxıb.

İdman.Biz xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda 1/8 final mərhələsində Qazaxıstan millisi ilə qarşılaşıb.

Matç 3:2 hesabı ilə millimizin xeyrinə bitib.

Millimizin qollarını Rəvan Kərimov (2), İsa Atayev (7) və Məhəmməd Xələfov (27) vurublar.

Beləliklə, millimiz turnirin dörddəbir finalına yüksəlib. Bu mərhələdə millimizin rəqibi Çexiya yığması olacaq.

09:30

Minifutbol üzrə Azərbaycan yığması bu gün Slovakiyada təşkil olunan Avropa çempionatında növbəti sınağına çıxacaq.

İdman.Biz xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda 1/8 final mərhələsində Qazaxıstan millisi ilə qarşılaşacaq.

“Tipos Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.

Bu gün həmçinin Rumıniya - Avstriya, Yunanıstan - Serbiya və Çexiya - Monteneqro cütlərinin də 1/8 final oyunları baş tutacaq.

Azərbaycan - Qazaxıstan qarşılaşmasının qalibi 1/4 finalda Çexiya - Monteneqro duelindən üstün ayrılan komanda ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatı iyunun 4-də yekunlaşacaq. Azərbaycan millisi qrup mərhələsində Avstriyanı 1:0, İtaliyanı 3:2 və Fransanı 3:2 hesabı ilə məğlub edərək F qrupunu lider kimi başa vurub.

İdman.Biz