CAR millisi dünya çempionatına yollana bilmədi

1 İyun 2026 10:35
107
CAR millisi dünya çempionatına yollana bilmədi

Cənubi Afrika Respublikası(CAR) Futbol Assosiasiyası milli komandanın 2026-cı il dünya çempionatında iştirak etmək üçün Meksikaya uçuşunun gecikdiyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, buna səbəb bir sıra futbolçuların və nümayəndə heyətinin rəsmi üzvlərinin viza problemləri olub. Bu səbəbdən yığma əvvəlcədən planlaşdırılan tarixdə Şimali Amerikaya yollana bilməyib.

Assosiasiyadan bildirilib ki, vəziyyətin həlli istiqamətində gecə-gündüz iş aparılır və komandanın mümkün qədər tez turnirə yollanması üçün bütün zəruri tədbirlər görülür.

Yola düşənədək CAR millisi məşqlərini Yohannesburqda davam etdirəcək.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək. Qrup mərhələsində CAR yığmasının rəqibləri Meksika, Çexiya və Koreya Respublikası milliləri olacaq.

İdman.Biz