Futbol üzrə İordaniya millisinin 2026-cı il Dünya Çempionatındakı oyunlarına görə ölkədə rəsmi qurumlarda iş saatının başlanması dəyişdirilib.
İdman.Biz “JordanNews”a istinadən xəbər verir ki, İordaniyanın baş naziri Cəfər Həsənin qərarına əsasən, millinin oyun günlərində dövlət qurumlarında iş yerli vaxtla 08:00-da deyil, 10:00-da başlayacaq. Qərar 17, 23 və 28 iyun tarixlərində qüvvədə olacaq.
Qərarın əsas məqsədi vətəndaşların Dünya Çempionatında ilk dəfə çıxış edəcək milli komandanın oyunlarını izləməsinə və komandaya dəstək verməsinə şərait yaratmaqdır.
Qeyd edə ki, İordaniya J qrupunda Avstriya, Əlcəzair və son dünya çempionu Argentina ilə qarşılaşacaq.
İordaniya millisi turnirə Asiya seçmə mərhələsində Cənubi Koreyadan sonra qrup ikincisi kimi vəsiqə qazanıb.
