Futbol üzrə Əlcəzair millisinin DÇ-2026 üçün heyəti açıqlanıb.
İdman.Biz xəbər verir ki, paylaşılan siyahıda 27 futbolçunun adı yer alıb. FIFA qaydalarına görə DÇ-2026-da final siyahıda maksimum 26 futbolçu ola bilər. Bu səbəbdən FIFA-nın təsdiqlədiyi yekun siyahıda bir dəyişiklik ehtimalı qalır.
Heyətdə ən diqqətçəkən adlar arasında Riyad Mahrez, Luka Zidan, Rayan Ait-Nuri, Rami Bensebayni, Ramiz Zerruki, Nabil Bentaleb və Amin Quiri var.

Qapıçılar: Luka Zidan, Usama Benbot, Melvin Mastil, Abdellatif Ramdan
Müdafiəçilər: Rafik Belqali, Samir Şergi, Rayan Ait-Nuri, Jaouen Hacam, Aissa Mandi, Rami Bensebayni, Zinəddin Belaid, Aşref Abada, Məhəmməd Əmin Tuğay
Yarımmüdafiəçilər: Nabil Bentaleb, Hişam Budaui, Hüsəm Auar, Fares Şaibi, İbrahim Maza, Yasin Titraui, Ramiz Zerruki
Hücumçular: Məhəmməd Əmin Amura, Nadir Benbuali, Adil Bulbina, Fares Qedjemis, Amin Quiri, Anis Hac Musa, Riyad Mahrez
Qeyd edək ki, Əlcəzair DÇ-2026-da J qrupunda Argentina, İordaniya və Avstriya ilə mübarizə aparacaq. Komanda mundiala Argentina ilə oyunla start verəcək.
