Almaniyadan Dünya Çempionatı mesajı

1 İyun 2026 05:18
86
Almaniyadan Dünya Çempionatı mesajı

Futbol üzrə Almaniya millisi Dünya Çempionatına hazırlıq çərçivəsində keçirdiyi yoxlama oyununda Finlandiyanı 4:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma Almaniyanın Maynz şəhərindəki “MEVA Arena”da baş tutub. Almaniya yığmasının qollarını Deniz Undav, Florian Virts və Camal Musiala vurublar. Undav oyunda dubl edib.

Hesab 34-cü dəqiqədə açılıb. Undav Almaniya millisini önə keçirib. İkinci hissənin əvvəlində Virts fərqi artırıb. 57-ci dəqiqədə Undav ikinci qolunu vurub, 63-cü dəqiqədə isə Musiala yekun nəticəni müəyyənləşdirib.

Bu qələbə Almaniya üçün Dünya Çempionatı öncəsi vacib sınaq xarakteri daşıyıb. Yulian Naqelsmannın komandası turnirə E qrupunda başlayacaq. Almaniya qrupda Küraçao, Kot-d'İvuar və Ekvadorla mübarizə aparacaq.

Finlandiya isə 2026-cı il Dünya Çempionatının final mərhələsinə vəsiqə qazana bilməyib. Komanda Avropa seçmə mərhələsində G qrupunu Polşa və Niderlanddan sonra üçüncü sırada tamamlayıb.

İdman.Biz