Yamalın ən böyük qorxusu Dünya Çempionatı olub

1 İyun 2026 09:45
100
Yamalın ən böyük qorxusu Dünya Çempionatı olub

İspaniyanın “Barselona” futbol komandasının vingeri Lamin Yamal Dünya Çempionatı öncəsi yaşadığı ən böyük qorxunu açıqlayıb.

İdman.Biz xəbər verir ki, 18 yaşlı futbolçu bud nahiyəsindən aldığı zədədən sonra mundialı buraxacağından narahat olduğunu etiraf edib. O, zədənin ciddi olmaması üçün dua etdiyini bildirib.

“Zədələndiyim epizodu çox yaxşı xatırlayıram. İçimdə bunun ciddi olmaması üçün dua edirdim. Kramp və ya kiçik bir problem olmasını istəyirdim, çünki Dünya Çempionatı yaxınlaşırdı”, - deyə hücumçu vurğulayıb.

Xatırladaq ki, Yamal aprelin 22-də “Barselona”nın “Selta” ilə oyununda penalti vurduqdan sonra zədələnib. Sol ayağının arxa bud əzələsində problem yaşayan futbolçu klub mövsümünün qalan hissəsini buraxıb. Buna baxmayaraq, o, İspaniya millisinin Dünya Çempionatı heyətinə daxil edilib.
Gənc futbolçu bərpa müddətinin qısa olmayacağını bildiyini söyləyib:

“Əvvəllər belə bud zədəm olmamışdı, amma bilirdim ki, bərpa müddəti uzun çəkə bilər. Zədənin ciddi olmasından və təkrarlanaraq məni Dünya Çempionatından kənarda qoymasından qorxurdum”.

Yamal Dünya Çempionatında ilk dəfə oynamağı böyük həyəcanla gözlədiyini də bildirib. O, 2024-cü ildə İspaniya ilə Avropa çempionu olduqdan sonra əsas hədəfin dünya çempionluğu olduğunu vurğulayıb:

“Avropa Çempionatı bitəndən bəri bunu gözləyirik. Hamının motivasiyası çox yüksəkdir. Avropa çempionu kimi gedirik və bu dəfə dünya çempionluğunu qazanmaq istəyirik”.

İdman.Biz