Avropa çempionatı: Minifutbol millimiz yarımfinalda - FOTO/VİDEO

3 İyun 2026 01:19
1 070
Avropa çempionatı: Minifutbol millimiz yarımfinalda - FOTO/VİDEO

Azərbaycanın minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/4 final matçına çıxıb.

İdman.Biz bildirir ki, millimiz Çexiya ilə qarşılaşıb.

Oyun 5:2 hesabı ilə Azərbaycanın xeyrinə qurtarıb.

Millimizin qollarını Eşqin Tağıyev (3, 25), Təmkin Xəlilzadə (17), Ramiz Çovdarov (26), Məhəmməd Xəlilov (36) vurublar.

Yarımfinalda yığmamız dörddəbir finalda Rumıniyanı 6:4 hesabı ilə məğlub etmiş Serbiya ilə qarşılaşacaq.

09:34

Bu gün Azərbaycanın minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/4 final matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Çexiya ilə qarşılaşacaq.

Görüş “Tipos Arena”da, Bakı vaxtı ilə saat 23:59-da start götürəcək. Cütün qalibi yarımfinalda Rumıniya - Serbiya duelinin güclüsü ilə görüşəcək.

1/4 finalda həmçinin Macarıstan - Bolqarıstan və Gürcüstan - Ukrayna oyunları baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisi 1/8 finalda Qazaxıstan yığmasından güclü olub - 3:2. Komanda F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib.

İdman.Biz