Millimiz Dünya Kubokunda növbəti oyununu keçirib - YENİLƏNİB

1 İyun 2026 22:59
1 304
Millimiz Dünya Kubokunda növbəti oyununu keçirib

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda növbəti matçını keçirib.

İdman.Biz-in məlumatına görə, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv A qrupunda Niderlandla üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 19:13.

Qeyd edək ki, yığma qrup mərhələsindəki ilk matçında Madaqaskarı 21:13 hesabı ilə məğlub edib.

19:35

1 iyun 3x3 basketbol üzrə qadın millimiz Polşanın paytaxtı Varşava şəhərində keçirilən Dünya Kubokunda ilk qrup oyununa çıxıb.

İdman.Biz bildirir ki, qızlarımız ilk qrup oyununda Madaqaskar seçməsi ilə qarşılaşıb və rəqibinə 21:13 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, millimizin qrupda növbəti oyunu bu gün Bakı vaxtı ilə saat 22:20-də qrupun və turnirin əsas favoritlərindən sayılan Niderland millisinə qarşı olacaq.

11:28

Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol üzrə milli komandası Polşanın paytaxtı Varşavada start götürən Dünya Kubokunda ilk oyunlarına çıxacaq.

İdman.Biz xəbər verir ki, A qrupunda yer alan yığmamız turnirdəki ilk sınağında Madaqaskar seçməsi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:05-də başlayacaq.

Millimiz gün ərzində ikinci matçını isə Niderland komandasına qarşı keçirəcək. Həmin qarşılaşmanın start fiti saat 22:20-də səslənəcək.

Qeyd edək ki, 3x3 basketbol üzrə Dünya Kubokuna iyunun 7-də yekun vurulacaq.

İdman.Biz